SNTV brendini Azərbaycanda «SN Telecom» şirkəti təqdim edir.

Xoş gəlmişsiniz!

SNTV brendini Azərbaycanda «SN Telecom» şirkəti təqdim edir.
Adi iş gününüzü necə keçirirsiniz? Əksəriyyət bu suala təxminən eyni cür cavab verəcək: səhər yeməyini düz-əməlli yeməmiş işə yollanırıq, axşam isə yorğun-arğın doğma ocağımıza – evə qayıdırıq. Əlbəttə ki, istisnalar da olur, misal üçün, evdar qadınlar, tətil günlərini yaşayan tələbələr, məktəblilər və s. Amma kim deyir ki, onlar da axşam vaxtı yorğun olmurlar? Hərənin öz qayğıları var…Bəs yorğun adama nə lazımdır? Əlbəttə ki, istirahət. Biz müxtəlif cür istirahət edirik. Çox hallarda isə televizor önündə dincəlirik.
Heç nə etmədən oturub qalmışıqsa, əlimiz istər-istəməz «həsrətində olduğumuz» televizoru uzaqdan idarə edən pulta uzanır. Ən maraqlısı da elə burada başlayır.
Onsuz da çox olmayan bütün efir kanallarını ələk-vələk etdikdən sonra yorğunluğumuza pis əhval-ruhiyyə də əlavə olunur. Ancaq içimizdəki istək, dünyanın hər bir yerindən, təbiətin hər halında, texniki tərəqqilərdən, siyasətdən, idmandan və nələrdən … mütəmadi xəbər olmaqdır. Buradaca ağlımıza «dahiyanə» fikir gəlir: axı dünyada peyk antenləri deyilən bir nəsədə də var ki, onun köməyi ilə xarici kanallara da baxmaq olur… Hələ bizə kabel televiziyasına qoşulmağı da məsləhət görürlər və deməli, seçim qarşısındayıq: nəyə üstünlük verməli? Hansı daha yaxşıdır: kabel, yoxsa peyk televiziyası?
Televizor qarşısında vaxt keçirmənin keyfiyyətini yaxşılaşdırmaq üçün ən müxtəlif metodları illərlə sınaqdan keçirmiş bir insan kimi düşünürəm ki, bu barədə fikirlərim bəzi oxucularımıza maraqlı görünə bilər.
Səmada televiziya siqnalı ötürən peyklər az deyil. Hər biri də möhkəm-möhkəm öz yerində bərqərar olub. Belə ki, əgər siz eyni zamanda həm Rusiya, həm Türkiyə, həm də lap uzağa getsək, Avropa telekanallarına tamaşa etmək niyyətindəsinizsə, deyim ki, bunun üçün o qədər də az pul tələb olunmur. Texniki cəhətdən də hər şey göründüyü kimi sadə deyil. Ya sizin binanız «düz dayanmayıb», ya da qonşunuz öz gözlərinin qabağında nəhəng peyk anteninin quraşdırılmasına etiraz edir. Yox, əgər bu problemləri də həll edib az qala 2000-ə qədər telekanalı «tutmaq» imkanına malik olmusunuzsa, kodlaşdırılmış kanalların əlindən zinhara gələcəksiniz. İş burasındadır ki, bir çox (əslində, ən maraqlı) telekanallar öz peyk siqnallarını kodlaşdırırlar. Yenə də iş gəlib çıxır pul məsələsinə. Bunun üzərindən könül xoşluğu ilə keçib pulsuz baxmaq mümkün olan kanallarla (avadanlığa çəkdiyiniz xərci hesaba almasaq) kifayətlənirsiniz.
Lakin, artıq sumqayıtlılar peyk kanallarından və onların zəhlətökən kodlarından birdəfəlik qurtulmaq imkanı əldə ediblər. Sumqayıtda SNTV kabel televiziyası 2007ci ildən fəaliyyət göstərir.
Burada dünyanın ən baxımlı kanalları bir araya yığılaraq, Sizə təqdim olunur. Qısaca desək, «televizorun qarşısında yaşamaq» olar. Bəs bütün bunları əldə etmək üçün nə tələb olunur? Sadəcə olaraq, telefonun dəstəyini qaldırıb zəng etmək kifayətdirki, qısa müddətdən sonra SNTV şirkətinin əməkdaşları ünvanınıza gələrək sayılı dəqiqələr ərzində Sizi kabel televiziyasına qoşacaqlar.
Artıq düşünə bilərik ki, SNTV kabel televiziyası bizim üçün bir neçə peyk antenlərini və ödənişli kartlarını əvəz edir.
Bütün bunlara – evdə rahat oturaraq SNTV kabel televiziyasının yayımladığı, keyfiyyətli 61 analoq və 174 rəqəmsal yayımın telekanallarına baxmaq imkanını əldə edəndən sonra yenə nə çatışmır? Əlbəttə ki, həftəlik televiziya proqramları! Bunun üçündə həftəlik qəzet bu boşluğa da uğurla doldurulmuşdur. İstənilən abunəçi üçün bu imkan realdır.
Odur ki, proqramdan sizi maraqlandıran bir veriliş seçin və zövqlə istirafət edin.

Xoş seyrlər!

SD Resiver

CAM modul

HD resiver